...

Elmar Məmmədyarov: İndiki şəraitdə insidentlərin araşdırılması Dağlıq Qarabağda status-kvonu daha da möhkəmləndirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2012 14:57 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, ilk növbədə, Ermənistanın qoşunlarını Azərbaycan ərazisindən çıxarması lazımdır.
Elmar Məmmədyarov: İndiki şəraitdə insidentlərin araşdırılması Dağlıq Qarabağda status-kvonu daha da möhkəmləndirəcək

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir A.Bədəlova/

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, ilk növbədə, Ermənistanın qoşunlarını Azərbaycan ərazisindən çıxarması lazımdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Azərbaycan insidentlərin araşdırılması mexanizminin tətbiqinə razılıq verib, lakin qoşunların çıxarılmasından sonra bu mexanizm lazım olmayacaq", - nazir deyib.

Onu sözlərinə görə, indiki şəraitdə mexanizmin tətbiqi status-kvonun daha da möhkəmlənməsi mənasına gəlir.

"Qoşunların çıxarılmasından sonra təmas xəttində snayperlərə ehtiyac qalmayacaq", - Məmmədyarov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti