Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir T.Cəfərov/
İran parlamenti Xocalı qətliamının soyqırım kimi tanınması məsələsini araşdırır. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə İranın xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavini Seyyid Abbas Əraqçi deyib.
"Tarixi hadisələrə münasibət bildirməmişdən əvvəl onlar təfərrüatları ilə araşdırılmalıdır. Xocalı qətliamının soyqırım kimi tanınması məsələsi hazırda İran parlamentinin Xarici Siyasət Komissiyasında araşdırılır", - Əraqçi bildirib.