...

Edvard Nalbandyan: Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları dayandırmaq niyyətində deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Sentyabr 2012 15:35 (UTC +04:00)
Ermənistanın Azərbaycanla Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları dayandıracağı haqqında məlumatları şərh edən xarici işlər naziri Edvard Nalbandyan qeyd edib ki, rəsmi Yerevanın belə niyyəti yoxdur.
Edvard Nalbandyan: Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları dayandırmaq niyyətində deyil

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistanın Azərbaycanla Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları dayandıracağı haqqında məlumatları şərh edən xarici işlər naziri Edvard Nalbandyan qeyd edib ki, rəsmi Yerevanın belə niyyəti yoxdur. Bu barədə Trend çərşənbə axşamı Panorama.am-a istinadən məlumat verir.

Nalbandyan bu barədə çərşənbə axşamı Argentinanın xarici işlər naziri Hektor Timerman ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, Timerman bazar ertəsi Yerevana rəsmi səfərə gəlib.

Xəbər lenti

Xəbər lenti