...

ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq baş tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Sentyabr 2012 14:01 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 12-də Azərbaycan Respublikasının Göygöl rayonunun Ömər dağ keçidindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq baş tutub

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 12-də Azərbaycan Respublikasının Göygöl rayonunun Ömər dağ keçidindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra səhra köməkçisi Xristo Xristov keçiriblər.

Xəbər lenti

Xəbər lenti