...

Milli Məclisdə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul olunması təklif edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Oktyabr 2012 12:37 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı Milli Məclis qərar qəbul etməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında Fəzail Ağamalı deyib.
Milli Məclisdə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul olunması təklif edilib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı Milli Məclis qərar qəbul etməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında Fəzail Ağamalı deyib.

O qeyd edib ki, Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu ikili standartlardan çıxış etdi. "Həmin təşkilatlar tarix boyu ermənilərin azərbaycanlılara qarşı cinayətlərinə göz yumub, Azərbaycan zabitinin kifayət dəqər cəza çəkdikdən sonra azdlığa buraxılmasını şişirdirlər. Onsuz da ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində qeyri-obyektiv prizmadan çıxış edib", - millət vəkili bildirib.

Ağamalı təəssüflə qeyd edib ki, ATƏT və bir sıra beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi hələ tanımayıb.

"Ötən 20 ildə ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı heç bir irəliləyişə nail olmayıb. Ona görə də, təklif edirəm ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilsin", - deputat deyib.

Xəbər lenti

Xəbər lenti