...

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitablar İtaliya universitetlərində tədris olunur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Oktyabr 2012 12:34 (UTC +04:00)
İtaliyalı alimlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin təcavüzü və digər məsələlərlə bağlı yazdığı kitablar İtaliya universitetlərində tədris olunur.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitablar İtaliya universitetlərində tədris olunur

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

İtaliyalı alimlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin təcavüzü və digər məsələlərlə bağlı yazdığı kitablar İtaliya universitetlərində tədris olunur. Trend-in məlumatınma görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib.

Onun sözlərinə görə, İtalyanın La Sapienza Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərir.

Nazir deyib ki, italyan dili ölkəmizin bəzi təhsil müəssisələrində ikinci xarici dil kimi tədris oluna bilər. Ancaq bunun üçün də ilk növbədə kadr olmalıdır.

"Ötən il də bu fikri söyləmişdim, ancaq bəziləri buna ciddi yanaşmamışdı. Hesab edirəm ki, italyan dilini ikinci xarici dil kimi məktəblərdə tədris etmək olar", - nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti