...

Azərbaycan XİN: Erməni rejimi insanlara qarşı ağır cinayətləri davam etdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2012 13:30 (UTC +04:00)
Azərbaycanda həmişə bir çox millətlərin nümayəndələri dinc şəraitdə yaşayıblar və indiyədək Azərbaycan ərazisində təqribən 35 min erməni yaşayır, halbuki Ermənistanda nəinki bir azərbaycanlı qalmayıb, hətta digər xalqların nümayəndələrinin sayı olduqca azdır.
Azərbaycan XİN: Erməni rejimi insanlara qarşı ağır cinayətləri davam etdirir

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanda həmişə bir çox millətlərin nümayəndələri dinc şəraitdə yaşayıblar və indiyədək Azərbaycan ərazisində təqribən 35 min erməni yaşayır, halbuki Ermənistanda nəinki bir azərbaycanlı qalmayıb, hətta digər xalqların nümayəndələrinin sayı olduqca azdır. Bunu cümə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistan Prezidenti Serj Sarkisyanın Azərbaycanın ünvanına söylədiyi mənfi fikirləri şərh edərkən bildirib.

"Serj Sarkisyan ağır cinayət və ksenofobiyanın nə olduğuna yaxşı bələddir. Ermənistanın Dağlıq Qarabağ ərazisində dinc Azərbaycan əhalisinə qarşı apardığı qanlı etnik təmizləmələri və erməni qüvvələrin Xocalıda törətdiyi ağır cinayəti xatırlamaq kifayətdir", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, Sarkisyan rejimi hazırda artıq ölkədə dözülməz həyat şəraitinə etiraz edən xalqına qarşı cinayət törətməyə davam edir, nəticədə Ermənistanı minlərlə insan tərk edir.

"Görünür, məhz bu, Ermənistanda qəhrəmanlıq və azadlıqsevərlik adlanır. Lakin vəziyyətin faciəsini diaspor və bir sıra ölkələrin köməyi ilə azaltmağa çalışmaq erməni xalqının problemini həll etmək anlamına gəlmir", - Abdullayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti