...

Filip Lefort: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun davam etməsi qəbuledilməzdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Noyabr 2012 16:29 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun davam etməsi qəbuledilməzdir. İnsanlar müharibəyə deyil, sülhə hazırlanmalıdır.
Filip Lefort: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun davam etməsi qəbuledilməzdir

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun davam etməsi qəbuledilməzdir. İnsanlar müharibəyə deyil, sülhə hazırlanmalıdır. Trend-in məlumatına görə, bunu bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Azərbaycan Diplomatik Akademiyasında məruzə ilə çıxışında deyib.

Lefort qeyd edib ki, müharibələrin qarşısının alınması təmsil etdiyi təşkilatın əsas proritetlərindən biridir. Müharibə hər bir region üçün acı nəticələr gətirir.

O, Aİ-nın enerji təhlükəsiziliyinə də xüsusi diqqət yetirdiyini bildirib.

Dağlıq Qarabağ məsələsinə toxunan Lefort münaqişənin hər iki tərəf üçün acı nəticələr verdiyini diqqətə çatdırıb. O qeyd edib ki, hər iki tərəf münaqişənin danışıqlar yolu ilə həll edilməsi və uzunmüddətli sülhə nail olmaq üçün öz iradələrini nümayiş etdirməlidir.

Lefort bildirib ki, münaqişə dövlətlərin ərazi bütövlüyünü və bütün insanların hüquqlarını təmin etməklə həll edilməlidir. Onun sözlərinə görə, Aİ hər iki tərəfi ATƏT Minsk qrupu çərçivəsində əldə olunan razılıqları, həmçinin öhdəlikləri yerinə yetirməyə çağırır. Lefort Aİ-nın Minsk qrupunun fəaliyyətinə dəstək veməyə hazır olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti