...

Səfirlik: İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişilməzdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Dekabr 2012 22:44 (UTC +04:00)
İranın Bakıdakı və İrəvandakı səfirliklərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bir-birinə uygundur və İranın rəsmi mövqeyinin göstəricisidir.
Səfirlik: İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişilməzdir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir T.Cəfərov/

İranın Bakıdakı və İrəvandakı səfirliklərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bir-birinə uygundur və İranın rəsmi mövqeyinin göstəricisidir. Bu sözləri İran səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyyid Məhəmməd Ayətullahi bəzi KİV-lərdə İranın Qarabağ münaqişəsi ilə bağlı İrəvanda və Bakıda mövqeyinin fərqli olması ilə bağlı yayılan xəbərləri şərh edərkən Trend-ə açıqlamasında bildirib.

Ayətullahi deyib ki, İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişilməzdir, Bakı və İrəvandakı səfirliklərin bu məsələ ilə bağlı mövqeyi ölkənin rəsmi mövqeyidir.

Ayətullahi bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü rəsmi tanıyır, münaqişənin müzakirələr və sülh yolu ilə həllinin tərəfdarıdır və inanır ki, bu məsələnin həllində region ölkələrinin
rolu daha böyük ola bilər.

O əlavə edib ki, İran Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa hazırdır.

O həmçinin bəzi KİV-lərdə İranın qondarma Qarabağ separatçıları ilə əlaqələrinin olması ilə bağlı məlumatları təkzib edib və bildirib ki, İran Qarabağ separatçıları ilə heç bir əlaqəsi yoxdur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti