...

CAR dövlət qurumları Xocalı soyqırımı barədə məlumatlandırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2013 12:34 (UTC +04:00)
Cənubi Afrika Respublikasının (CAR) dövlət qurumları Xocalı soyqırımı barədə məlumatlandırılıb.
CAR dövlət qurumları Xocalı soyqırımı barədə məlumatlandırılıb

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Cənubi Afrika Respublikasının (CAR) dövlət qurumları Xocalı soyqırımı barədə məlumatlandırılıb.

Azərbaycanın CAR-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirlik Xocalı soyqırımının 21-cü ildönümü ilə əlaqədar olaraq CAR dövlət və hökumət qurumlarına və CAR-da akkreditə edilmiş diplomatik və beynəlxalq nümayəndəliklərə müvafiq məlumat göndərib.

Həmçinin, Xocalı soyqırımının ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə CAR-da fəaliyyət göstərən "Azərbaycanın Afrika Dostları" adlı yerli qeyri-hökumət təşkilatının internet səhifəsində Xocalı soyqırımına həsr edilmiş və bu hadisə barədə geniş məlumatlar, o cümlədən şəkillər və videomateriallar yerləşdirilib (http://www.azerbaijan.org.za).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti