...

AŞ PA-da Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü gözlənilir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2013 15:04 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü gözlənilir.
AŞ PA-da Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü gözlənilir (ƏLAVƏ OLUNUB)

Fransa, Strasburq, 24 iyun /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü gözlənilir.

Trend-in məlumatına görə, AŞ PA sədri Jan-Klod Minyon qurumun yay sessiyasının bazar ertəsi işinə başlayan sessiyası çərçivəsində jurnalistlər üçün keçirdyi mətbuat konfransında Dağlıq Qarabağla bağlı verilən suala cavabında bu məsələyə toxunub:

"Nəhayət, mən iyunun 26-da həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətlərini bir yerə toplaya biləcəyəm. Bu görüşdə hər iki nümayəndə heyəti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəyik. Bu gün yaranmış vəziyyətdə irəliləyiş əldə etmək üçün real istək var. Bu məsələdə Ermənistanın AŞ Nazirlər Komitəsinə sədrliyindən də bəhrələnmək lazımdır. Bildiyiniz kimi, NK-ya bundan sonra Avstriya, daha sonra Azərbaycan sədrlik edəcək".

Minyon AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış Alt komitəsinin fəaliyyətinin yenidən bərpa olunmasına qarşı çıxmasına da aydınlıq gətirib:

"Biz Dağlıq Qarabağ məsələsinə AŞ PA Bürosu və Daimi Komitəsinin Yerevanda keçirilən iclaslarında toxunduq. Bu müzakirələr mənim Cənubi Qafqaz səfərimin davamı idi. Mən bu ölkələrdə maraqlı görüşlər keçirdim. Mənim Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla da maraqlı görüşlərim oldu. Aydın olan odur ki, Azərbaycan bu gün ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış və irəli sürülmüş Madrid prinsiplərini təklif edilmiş formada qəbul etməyə razıdır. Düşünürəm ki, bu çox önəmlidir. Qaldırdığınız məsələ ilə bağlı mövqeyim aydındır. Mən AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış Alt komitəsinin fəaliyyətinin yenidən bərpa olunmasına qarşı çıxmışam. Bu mövqenin səbəbi nədir? Hesab edirəm ki, Bu gün bu məsələ ilə məşğul olmağa səlahiyyəti olan yeganə qurum ATƏT-in Minsk qrupudur. Kimin tərəfindən irəli sürülməsindən asılı olmayarq, hər hansı bir təşəbbüs Minsk qrupunun işinin əhəmiyyətini azaldardı. Mən tamamilə Minsk qrupunun fəaliyyətinə əsaslanıram".

O, qeyd edib ki, Dağlıq Qarabağ məsələsi AŞ PA-da cari məsələ kimi müzakirə olunmayacaq: "Bunun formatını dəqiqləşdirmək lazım olacaq. Amma bizim istəyimiz ondan ibarətdir ki, yaxın zamanlarda Minsk qrupunun həmsədrlərini və ya onlardan birini AŞ PA-ya dəvət edək və onları dinləyək. Bununla da Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı işlər haqqında dəqiq məlumatlar almaq olar. Bu məsələdə istinad nöqtəmiz Madrid prinsipləridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti