...

Avropa komissarı Ermənistanı Madrid prinsipləri əsasında Azərbaycanla razılıq əldə etmək üçün səylərini fəallaşdırmağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyul 2013 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Avropa İttifaqı (Aİ) bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Aİ-nin Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Yerevanda bəyan edib.

Mövzunun həssas olduğunu qeyd edən Avropa komissarı əlavə edib ki, buna baxmayaraq, Yerevan və Bakı məsələ ilə bağlı susqun vəziyyətdə qalmalı deyil.

Füle Ermənistanı Madrid prinsipləri əsasında Azərbaycan ilə razılıq əldə etmək üçün səylərini fəallaşdırmağa çağırıb. Aİ isə öz növbəsində münaqişənin nizamlanmasına və sülhün bərqərar edilməsi üzrə fəalliyətə yardımı davam etdirməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti