Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir S.Ağayeva/
Ermənistan silahlı qüvvələri (SQ) Azərbaycan ərazilərindən çıxarılmayana qədər Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı istənilən təşəbbüs danışıqlar masası üzərində qalacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü keçirilən brifinqdə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bu məsələ ilə bağlı İranın dəfələrlə vasitəçilik etmək təşəbbüsünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan imkan düşən kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini qaldırır və bunu etməyə davam edəcək.
Məmmədyarov bildirib: "Həmsədr ölkələr bu istiqamətdə işləməyə davam edirlər, lakin əfsuslar olsun ki, onların səyləri nəticəsizdir. Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır".
Nazirin sözlərinə görə, Azərbaycan münaqişənin nizamlanması üzrə istənilən təşəbbüs və cəhdləri alqışlayır.