Azərbaycan, Bakı, 18 iyun /Trend/
Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib. Trend-in məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.
Məlumata görə, Nalbandyan və Lefort Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər və ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin dinc həlli yolunun axtarışı üzrə gördükləri işlərin əhəmiyyətini qeyd ediblər.