...

Bayram Səfərov: Ağlı başında olan hər bir erməni ilə görüşə hazırıq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyul 2013 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul / Trend müxbir M.Əliyev/

Biz hər zaman ağlı başında olan, Azərbaycana hörmət edən ermənilərin hamısı ilə görüşə hazırıq. Bu barədə Trend-ə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

B.Səfərov bildirib ki, Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin bizimlə birgə yaşamasına heç bir etirazımız yoxdur: "Onlar Azərbaycanın qanunlarına, Azərbaycan Konstitusiyasına hörmət etməli, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Bu halda onlara ən yüksək status veriləcək".

İB sədri deyib ki, münaqişənin həll olunduğu təqdirdə Dağlıq Qarabağın sosial inkişafına dəstək olunacaq:

"Ermənilərin hələ ki, görüşmək şansı var. Çünki, bugünki Azərbaycan 20 il bundan qabaqkı Azərbaycan deyil, bu gün güclü ordumuz var və döyüşərək torpaqları işğaldan azad edə bilər".

Səfərov bildirib ki, hazırkı Ermənistan hakimiyyəti sülh istəmir: "Ermənistan prezidenti Serj Sarksyan bilir ki, bir neçə dəfə icmaların görüşü olandan sonra erməni ilə azərbaycanlıların danışıqlarında ona ehtiyac olmayacaq. Ermənilər Azərbaycanda xüsusi statusla yaşamağa razılıq verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti