Azərbaycan, Bakı, 28 sentyabr /Trend/
Erməni silahlı qüvvələrinin cəbhə xəttində təxribatı davam edir.
Trend-in məlumatına görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.