...

Azərbaycan işğal edilmiş ərazilərində yaşayan ermənilərə sərt xəbərdarlıq edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2013 11:23 (UTC +04:00)
Azərbaycanın Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan ermənilərə sərt xəbərdarlıq edib.
Azərbaycan işğal edilmiş ərazilərində yaşayan ermənilərə sərt xəbərdarlıq edib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan ermənilərə sərt xəbərdarlıq edib.

Trend-in məlumatına görə, Ə.Həsənov Zəngilanın Ermənistan tərəfindən işğalının 20 illiyinə həsr olunmuş tədbirdə jurnalistlərə deyib ki, ermənilər bilməlidirlər ki, hətta bu gün Zəngilan ərazisinə də kök salırlar: "Qoy onlar eşitsinlər ki, onları öz rəhbərləri iki dəfə qaçqın edəcək. Nə qədər ki, gec deyil, ağıllarını başlarına yığsınlar və bilsinlər ki, onlar onsuz da Azərbaycanın tarixi torpaqlarında yaşayırlar, hələ bu gün də bizim yaşadığımız torpaqlara göz dikib, ora köç edirlər. Bunlar hamısı müvəqqətidir. Bu, ədalətsizlik heç vaxt yerdə qalmayacaq".

Ə.Həsənov əlavə edib ki, cənab Prezident İlham Əliyev inauqurasiya mərasimində də bildirdi ki, nəinki Dağlıq Qarabağ torpaqları, vaxt gələcək Azərbaycanın keçmiş tarixi torpaqları da, həm Zəngəzur mahalı, həm Göyçə mahalı azad olunacaq: "Biz buna əminik, çünki son Prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı Prezidentlə birdir, Azərbaycan Prezidentinin sosial bazası Azərbaycan xalqıdır. Öz xalqına söykənən Prezident işğal olunmuş torpaqları mütləq azad edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti