...

Mübariz Əhmədoğlu: Mövqelərini dəyişməklə ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ tənzimlənməsində dinc varianta stimul verə bilərlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2013 12:06 (UTC +04:00)
ATƏT Minsk Qrupunun həmsədrlərinin regiona son səfəri vacib, az qala sensasiyalı mövqe ilə yadda qaldı.
Mübariz Əhmədoğlu: Mövqelərini dəyişməklə ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ tənzimlənməsində dinc varianta stimul verə bilərlər

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

ATƏT Minsk Qrupunun həmsədrlərinin regiona son səfəri vacib, az qala sensasiyalı mövqe ilə yadda qaldı. Onların verdiyi bəyanatdan belə anlaşılır ki, ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsi regionunda müharibənin qarşısının alınması istiqamətindəki səylərini dayandıra bilərlər. Vasitəçilərin qatı, permanent antimüharibə mövqeyi son səfər zamanı müharibəyə münasibətdə reqlamentli mövqe ilə əvəzləndi. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun fikrincə, 20 ildən çox səmərəsiz antimüharibə fəaliyyətdən sonra onların mövqelərinin belə dəyişməsi Ermənistan üçün ciddi mesajdır: "Vasitəçilər bu mesajını Ermənistanın siyasi, iqtisadi və hərbi baxımdan tükəndiyi vaxtda verdilər. Ola bilər, ATƏT MQ bununla da Ermənistanın 20 ildən çox onları aldatmasının əvəzini çıxır. Elə vəziyyətdir ki, indi Ermənistan vasitəçilərə heç bir əlavə təzyiq edə bilməyəcək. Və ya vasitəçilərin yenidən permanent antimüharibə mövqeyinə qayıtması da vəziyyəti dəyişməyəcəkdir. Azərbaycan güclənir. Güclənən Azərbaycanın təkcə Qarabağla bağlı deyil, ümumiyyətlə Ermənistanla bağlı aydın siyasəti var və bunu da heç kim dəyişə bilməyəcək".

M.Əhmədoğlunun sözlərinə görə, ATƏT MQ vasitəçiləri uzun müddətli fasilədən sonra prezidentlərin görüşü ərəfəsində bu mesajı vermələri də diqqəti çəkir. "Ermənistan aydın və konkret şəkildə Dağlıq Qarabağ tənzimləməsi barədə mövqeyini ortalığa qoymalıdır. Ermənistan bu günədək çalışır ki, Dağlıq Qarabağ tənzimlənməsində 3 tərəf iştirak eləsin. Rəsmi formatda isə iki tərəf nəzərdə tutulub".

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə tətbiq olunan Helsinki Yekun Aktının 3 prinsipinin ardıcıllığı Ermənistan rəhbərliyi tərəfindən bir dəfə də olsun düzgün təqdim olunmayıb. Və belə Ermənistan özünün mövqeyi ilə beynəlxalq ictimaiyyətin mövqeyini eyni tutur. Beynəlxalq ictimaiyyət bir dəfə də olsun bu mövzuda Ermənistana etiraz bildirməyib: "Azərbaycanı militarizasiyada ittiham edən Ermənistan beynəlxalq hərbi təşkilatların açıqlamalarına görə daha militar dövlətdir. Azərbaycanın artan puluna görə hərbiyə mütənasib qaydada çox pul ayırmalıdır və ayırır. Ermənistan isə büdcədən ayrılan faiz hesabı ilə hərbə Azərbaycandan çox pul ayırır. Eləcə də Ermənistanda hərb hər şeydən-təhsil, səhiyyə, sosial müdafiə və s. üstündür. Bütün bunlar hamısı beynəlxalq aləmin, o cümlədən ATƏT MQ vasitəçilərinin gözü qarşısında baş verib".

M.Əhmədoğlu vurğulayıb ki, 200 il bundan qabaq Rusiya ilə İran arasında imzalanmış müqavilədə Qarabağ torpağı elə Qarabağ adı ilə də rəsmiləşdirilib. Ermənilər isə bütün dünyaya sübut etmək istəyirlər ki, guya Qarabağın adı Artsax olub. Nəinki 200, ondan da 2000 il əvvəl bu torpağın adı Qarabağ olub. Amma erməniləri bu boyda yalan danışmağa həvəsləndirən beynəlxalq ictimaiyyətin onların yalanlarına həvəslə inanmasıdır: "İndi ermənilərin də yalanlarının sonu çatmaqdadır. Erməni yalanları artıq V. Putinin qarşısında işləmir. Bir azdan Avropada da işləməyəcək. Ermənistan prezidentlərin indiki görüşündə Dağlıq Qarabağ tənzimləməsinə razılıq verməyəcəksə, bu Ermənistan dövlətçiliyinin mövcudluğunu sual işarəsi altına salacaqdır. İndi təkcə Ermənistan daxilində deyil, hətta ermənilərə bağlı xarici mətbu orqanları da erməni dövlətçiliyi arzusunun puç olduğundan yazırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti