...

Aİ: Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvo qəbuledilməzdir və problemin sülh yolu ilə həlli prioritetdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Dekabr 2013 16:35 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud status-kvo qəbuledilməzdir və münaqişənin sülh yolu ilə həlli prioritetdir.
Aİ: Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvo qəbuledilməzdir və problemin sülh yolu ilə həlli prioritetdir

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir S.Əhmədova/

Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud status-kvo qəbuledilməzdir və münaqişənin sülh yolu ilə həlli prioritetdir. Trend-in Avropa İttifaqının (Aİ) rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Litvanın xarici işlər naziri Linas Linkyaviçyus Aİ-Ermənistan Əməkdaşlıq Şurasının 14-cü iclasından sonra deyib.

L.Linkyaviçyus bildirib ki, Əməkdaşlıq Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişləri nəzərdən keçirib: "Aİ Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada baş tutan görüşünü və prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesini irəlilətmək istəyini alqışlayır".

Onun sözlərinə görə, hər iki tərəf ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəklədiklərini bəyan ediblər.

Litvanın xarici işlər naziri tərəfləri gərginliyi artıracaq və danışıqlara mənfi təsir edəcək hərəkətlərdən uzaq durmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti