...

Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin şəhid olması barədə yayılan məlumatlara aydınlıq gətirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 May 2014 14:44 (UTC +04:00)
Bu gün bəzi elektron kütləvi informasiya vasitələri sosial şəbəkədəki istifadəçiyə istinadən guya cəbhə bölgəsində atəşkəsin pozulması və bunun nəticəsində Silahlı Qüvvələrimizin şəhid verməsi ilə bağlı təxribat xarakterli məlumat yayıblar.
Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin şəhid olması barədə yayılan məlumatlara aydınlıq gətirib

Azərbaycan, Bakı, 11 may /Trend/

Bu gün bəzi elektron kütləvi informasiya vasitələri sosial şəbəkədəki istifadəçiyə istinadən guya cəbhə bölgəsində atəşkəsin pozulması və bunun nəticəsində Silahlı Qüvvələrimizin şəhid verməsi ilə bağlı təxribat xarakterli məlumat yayıblar.

Trend-in Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirlik rəsmi olaraq bildirir ki, belə bir hadisə baş verməyib, informasiyada adları qeyd olunan şəxslər ümumiyyətlə Silahlı Qüvvələrdə xidmət etmir, bu məlumatın heç bir əsası yoxdur və yayılan xəbər təxribat xarakteri daşıyır: "Təəssüf doğuran isə odur ki, Müdafiə Nazirliyi baş verən hər bir hadisə ilə bağlı rəsmi açıqlama verməsinə və məlumatların ilkin mənbədən dəqiqləşdirilməsi barədə dəfələrlə kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət etməsinə baxmayaraq, belə dezinformasiya xarakterli xəbərlər yenə də yayılır və ictimaiyyəti çaşdırmağa cəhd göstərilir".

Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə təkidlə müraciət edərək Silahlı Qüvvələrlə bağlı verilən məlumatlara milli təhlükəsizlik mənafelərinin qorunması baxımından daha həssaslıqla yanaşmalarını tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti