...

Amerikalı həmsədr: Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün səmimi müzakirələr aparmaq vacibdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 May 2014 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir S.Əhmədova/

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün səmimi müzakirələri vacib hesab edir.

Trend-in məlumatına görə, amerikalı həmsədr öz "twitter" səhifəsində yazıb: "Dağlıq Qarabağ münaqişəsində həllinə nail olmaq üçün səmimi müzakirələr aparmaq vacibdir".

Həmsədr, eyni zamanda, twitter səhifəsinin oxucularına Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" mövzusunda məruzəsinə şərh bildirdiklərinə görə də təşəkkür edib.

Qeyd edək ki, may 7-də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri C.Uorlik Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" mövzusunda məruzə ilə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti