...

Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2014 09:39 (UTC +04:00)
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.
Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti