...

Tovuzun Koxanəbi kənd sakinləri hər an düşmən gülləsi ilə üz-üzə dururlar (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2014 17:06 (UTC +04:00)
Tovuzun Koxanəbi kənd sakinləri hər an düşmən gülləsi ilə üz-üzə dururlar.
Tovuzun Koxanəbi kənd sakinləri hər an düşmən gülləsi ilə üz-üzə dururlar (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend /

Tovuzun Koxanəbi kənd sakinləri hər an düşmən gülləsi ilə üz-üzə dururlar.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, kəndlilərin bildirdiyinə görə, günorta saatlarında, gecə düşəndə, düşmən postlarına yaxın yerləşən evlərin işıqları yanan kimi güllə səsləri eşidilməyə başlayır.

Kəndin sərin bulaqlarından su gətirməyə gedən qadınları, uşaqları da atəşə tuturlar. Məcbur qalan kəndlilər su gətirməyə gecə düşəndə getməli olurlar. Əkin-biçinlə dolanan sakinlər üçün vəziyyət daha çətindir.

Şəhid atası Səməd Məmmədov deyir ki, ancaq səhər alaqaranlıq olan zaman işləyə bilirlər. Düşmən hətta sakinlərin həyətdə saxladıqları mal-qaranı hədəf seçir.

Xəbər lenti

Xəbər lenti