...

Araz Əzimov: Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prinsiplər aydındır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2014 11:08 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret aydın məsələlər ortadadır
Araz Əzimov: Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prinsiplər aydındır

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Səbinə Əhmədova/

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret aydın məsələlər ortadadır. Bunların həll edilməsi üçün prinsiplər aydındır. Azərbaycan dəfələrlə bildirib ki, problemin həllini hazırda durduğu nöqtədən irəliyə aparmaq üçün müzakirələrə hazırdır". Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin status-kvo ilə bağlı fikrini şərh edərkən deyib.

A.Əzimov bildirib ki, bu müzakirələrdə Azərbaycanın təklif etdiyi məsələlər aydındır: "Öncə konkret tədbirlərin - işğal olunmuş ərazilərin boşaldılmasının gündəliyi, xronoloji sırası və ona paralel olaraq digər tədbirlərin görülməsi, qoşunların işğal olunmuş ərazilərdən geri çəkilməsi ilə torpaqların Azərbaycanın nəzarətinə alınması, yerli hakimiyyət orqanlarının bərpa edilməsi, təmizləmə işlərinin aparılması vacibdir. Ondan sonra orada normal həyat sürmək üçün şəraitin yaradılması məsələləri ilə bağlı olan addımların bir növ sülh planına daxil edilməsini mümkün hesab edərdik".

Nazir müavininin sözlərinə görə, bu cür sülh hərəkətləri, addımlar şəraiti normallaşmaya yönəldə bilər: "Gələcək mərhələlərdə Azərbaycan əhalisi Dağlıq Qarabağa qayıtdıqdan sonra iki icmanın bir-biri ilə birgə yaşamasını yenidən öyrənməyə başlayacaqlar, əməkdaşlıq qurulacaq və o mərhələlərdən sonrakı siyası məsələlərin müzakirəsi mümkün olacaq. Əgər Ceyms Uorlik bunu nəzərdə tutursa, mən onunla razıyam".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo getdikcə daha təhlükəli hal alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti