...

Rəsmi Bakı: Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə qərarlıdır, cəmi 5-7 rayonun qaytarılmasından söhbət gedə bilməz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2014 11:20 (UTC +04:00)
"Cənab Prezident həmişə bəyan edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə qərarlıdır, cəmi 5-7 rayonun qaytarılmasından söhbət gedə bilməz".
Rəsmi Bakı: Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə qərarlıdır, cəmi 5-7 rayonun qaytarılmasından söhbət gedə bilməz

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Səbinə Əhmədova/

"Cənab Prezident həmişə bəyan edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə qərarlıdır, cəmi 5-7 rayonun qaytarılmasından söhbət gedə bilməz". Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmasına dair səslənən fikirləri şərh edərkən deyib.

A.Əzimovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı bildirib ki, 7 rayondan başqa Dağlıq Qarabağ ərazisi də işğal altındadır.

Nazir müavini bildirib ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, işğal altında olan Daqlıq Qarabağ və ona bitişik 7 rayon boşaldılmalıdır: "Azərbaycan tərəfi həmişə bu məsələni belə qoyub. Bizim dövlət başçımız həmin nitqində bunu bir daha təsdiq edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti