...

Eldar İbrahimov: Ermənistan tərəfi insanların qarşısını almaq üçün itkilərin sayını gizlədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Avqust 2014 13:31 (UTC +04:00)
Ermənistan cəbhədə təxribatlar törətməklə Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmağa cəhd edir. Yəni Ermənistan həmişə olduğu kimi, öz xain xislətini göstərməklə münaqişənin həlli ilə bağlı danışıqları pozmağa çalışır.
Eldar İbrahimov: Ermənistan tərəfi insanların qarşısını almaq üçün itkilərin sayını gizlədir

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir E.Mehdiyev/

Ermənistan cəbhədə təxribatlar törətməklə Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmağa cəhd edir. Yəni Ermənistan həmişə olduğu kimi, öz xain xislətini göstərməklə münaqişənin həlli ilə bağlı danışıqları pozmağa çalışır.

Bu barədə Trend-ə millət vəkili Eldar İbrahimov son günlər cəbhə xəttində baş verən gərginliyə münasibət bildirərkən deyib.

E.İbrahimov qeyd edib ki, Ermənistan tərəfi bu təxribatları törətməklə özünü daha da çətin vəziyyətə saldı:

"Görünür Ermənistan təxribatlar zamanı xeyli sayda itki verdiyinə görə bu məsələni ortalığa çıxara bilmir. Ona görə ki, hazırda Ermənistanın özündə insanlar ayağa qalxıb, Serj Sarqisyana qarşı mitinqlər keçirirlər. Bu baxımdan, insanların qarşısını almaq üçün itkilərin sayını gizlədirlər".

Millət vəkili əlavə edib ki, Dağlıq Qarabağ problemini uzatmaqla Ermənistan özünü daha böyük uçuruma aparır:

"Nə qədər ki, Dağlıq Qarabağ problemi həll edilməyib, Azərbaycana dəyən zərərlərdən dəfələrlə çox Ermənistanın özünə zərər dəyir. Ermənistan əhalisi bu gün ac-yalavac, dilənçi vəziyyətində yaşayır, ölkə iqtisadiyyatı batıb, hər il çoxlu sayda erməni ölkədən köçüb gedir".

E.İbrahimovun sözlərinə görə, Ermənistan başa düşməlidir ki, Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalıdır:

"Ermənistanın hakimiyyətinin ağlı olsaydı, Dağlıq Qarabağ problemini yaratmasaydılar, indi onlar da Azərbaycanın həyata keçirdiyi Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri kimi iri layihələrdən faydalanıb xalqını yaşada bilərdi. Ancaq Ermənistan bunların hamısından məhrumdur, özünü pis vəziyyətdə qoyub, yalnız xaricdən göndərilən ianələrin hesabına yaşayırlar".

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digır kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti