...

Azərbaycanlı politoloq: Serj Sarkisyan depressiyadadır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Avqust 2014 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Elçin Mehdiyev/

"Ermənistan Prezidenti Serj Sarkisyan məşhur faşistlərin, xüsusilə Hitlerin finalına yaxınlaşır. Hitler də həqiqəti yaxın buraxmırdı, ona yalnız yalan məlumat verilə bilərdi. S.Sarkisyan da indi ancaq yalanı sevir". Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, S.Sarkisyan etiraf edir ki, Ermənistana xəyanət edənlər var: "Vaxtilə bütün dünyanı özününkülərdən hesab edən bəzi ermənilər Türkiyəni də Ermənistana tərəf çəkməyin mümkünlüyü barədə fikir söyləyirdilər. Yəni Azərbaycan o qədər təkdir ki, hətta Türkiyə də onu müdafiə etməyəcək. İndi isə ermənilər özlərinin tək qaldığını etiraf edirlər və bu məsələdə Azərbaycanı günahlandırırlar".

Qeyd edək ki, Ermənistan Prezidenti S.Sarkisyan Vazgen Sərkisyan adına hərbi institutun 20 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib: "Bizi snayper gülləsinə hədəf alan, arxamızda gizli xəyanət razılaşmasını həyata keçirməyi arzulayan, bizə qarşı genişmiqyaslı hərbi əməliyyatlar hazırlayan düşmənə deyirik: Ehtiyatlı olun, bu, Ermənistan torpağıdır. Burada siz öz sonunuzu tapacaqsınız". S.Sarkisyan bəyanatında tədbirin yerini də xüsusi olaraq qeyd edib. Tədbir institutun binasında deyil, "erməni soyqırımı" abidəsi önündə keçirilirdi.

M.Əhmədoğlu hesab edir ki, Serj Sarkisyanın bu fikrinin indiki dövrdə səslənməsinin bir sıra məqamları vardır: "Birincisi, S.Sarkisyan depressiyadadır və onu stimullaşdırmaqdan ötrü xüsusi üsullardan istifadə olunur - şahmatçılarla görüşür, Azərbaycanın uğursuzluqları barədə xüsusi gündəlik hazırlanır, tədbir tədris müəsisəsində deyil, bütün dünya ermənilərində emosional effekt yarada bilən məkanda keçirilir. S.Sarkisyanın depressiyaya düşməsi Uruqvayın Dağlıq Qarabağın müstəqilliyini tanımaq imtinasından sonra aşkarlandı".

Politoloqun fikrincə, ikinci məqam odur ki, Azərbaycan RF ilə birləşib Ermənistana qarşı "xəyanət planları" hazırlaya bilərlər: "RF Dağlıq Qarabağı qazla təmin edən qaz kəmərini öz balansından çıxartdı. Bu, Rusiyanın Dağlıq Qarabağı qışda qazsız qoyacağı deməkdir. Dağlıq Qarabağ ermənilərinin qışda qaz alması üçün RF Azərbaycanla müqavilə imzalamalıdır. Eyni zamanda, Rusiyanın bu addımı Dağlıq Qarabağ münaqişəsinin praktiki tənzimlənməsinin başlanğıcı da ola bilər. RF Azərbaycana ən müasir silahlar satır. Nəhayət ki, S.Sarkisyan Rusiyanın Azərbaycana silah satmasından narahatlığını bildirdi. Uzun illər boyu RF ilə Azərbaycan arasında gedən bu proseslər yalnız S.Sarkisyana gizli sövdələşmə kimi görünə bilər. Belə ki, S.Sarkisyan Dağlıq Qarabağ məsələsində özünü aldatmaqla məşğul idi.

Üçüncüsü, Fransa Azərbaycana yer səthinin, başqa sözlə, Dağlıq Qarabağın və digər işğal olunmuş ərazilərin monitorinqini aparmaq qabiliyyətinə malik peyk satıb. Azərbaycan bir müddətdən sonra onlayn rejimdə işğal olunmuş ərazilərində Ermənistan hərbçilərinin bütün hərəkətlərindən məlumatlı olacaq. Ən qəribəsi budur ki, silah almağı Fransa Prezidenti özü Azərbaycandan xahiş edib. Fransa Ermənistanın Dağlıq Qarabağ məsələsindəki həllini səhv hesab edir. Fransanın Azərbaycana tərəf belə dönməsi də bir gün içində baş verməyib, Azərbaycan rəhbərliyinin və Heydər Əliyev Fondunun son 4-5 ildə gördüyü işin səmərəsidir. Serj Sarkisyan yalnız yalan arzuladığı üçün bu reallığı görmədi;

Dördüncüsü, qeyri-ermənilər içərisində ermənipərəstliyin alınmaz qalası olan Baronessa Koks Böyük Britaniya-Ermənistan parlamentlərarası dostluq qrupunun həmsədrliyindən istefa verdi. Bundan sonra tədricən Ermənistanın ətrafından hamının qaçmağı sürətlənəcək. Hər halda S.Sarkisyan Qərbi aldadanda belə vəziyyəti nəzərə almalı idi. Yalnız yalan arzuladığı üçün bu vəziyyəti görmədi".

Politoloq bildirib ki, İran da bu bəyanatın ünvanı ola bilər: "İran indi azad iqtisadi zona yaratmağı tələb edir. Bu isə Mehri dəmiryolunun açılması deməkdir. Ermənistanın Rusiya ilə münasibətlərdə çox şeyi itirdikdən sonra İranın sözü ilə Mehri dəmiryolunu açması S.Sarkisyan üçün daha böyük faciədir. İranın təkliflərini, hətta İran Prezidentinin Ermənistana səfər etməklə bağlı müraciətini rədd edəndə S.Sarkisyan başa düşməli idi ki, İran Ermənistandan uzaqlaşır. Sarkisyan isə ancaq yalanları sevir.

Beşinci, qatı ermənipərəst, uzun müddət Y.Navoyanın ("Ermənistan-Rusiya əməkdaşlığı" cəmiyyətinin sədri) cibindən maliyyələşmiş V.Jirinovski, eləcə də ermənilər özləri də indi etiraf edirlər ki, Azərbaycan özünü təmin edən müstəqil siyasət aparan dövlətdir: "Müharibəni guya udan S.Sarkisyan acından ölən, miqrasiya probleminin girdabında boğulan dövlətin başçısıdır. Müharibədəki "qələbəsi" S.Sarkisyana bunları bağışladı. Guya müharibədə uduzan Azərbaycan günü-gündən inkişaf edir və inkişafını hətta düşmənləri qəbul edir. Azərbaycanın inkişafı Dağlıq Qarabağ üzrə birinci müharibənin nəticələrini dəyişmək üzrədir. Dağlıq Qarabağ müharibəsinin tənzimlənməsində baş verənləri xarakterizə etmək üçün S.Sarkisyanın bu bəyanatı tam kifayət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti