...

Fransua Olland Dağlıq Qarabağ nizamlanmasına dair danışıqların uğurla başa çatmasını arzulayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Sentyabr 2014 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Fransa Prezidenti Fransua Olland Dağlıq Qarabağ nizamlanmasına dair danışıqlarda uğur əldə olunmasını arzulayır. Bu barədə Ollandın Ermənistanın dövlət başçısı Serj Sarkisyana Müstəqillik günü münasibəti ilə göndərdiyi təbrik məktubunda deyilir. Trend xəbər verir ki, məlumatı Ermənistanın "News.am" agentliyi yayıb.

Məktubda deyilir: "Arzu edirəm ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi cəlb olunduğu Dağlıq Qarabağ nizamlanmasına dair danışıqlar yaxın gələcəkdə uğurla başa çatsın. Bu məqsədlə sizi oktyabrın sonunda Parisdə qəbul etməyə şadam".

Qeyd edək ki, oktyabrın sonunda Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti