...

Azərbaycan Ermənistanın işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirməsinə cavab verdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2014 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlaması işğalçılıq siyasətinin növbəti mərhələsidir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın işğal olunmuş ərazilərimizdə hərbi təlimlər keçirməsinə cavabında deyilir.

Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlaması rəsmi Yerevanın hərbi-siyasi rejiminin ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin növbəti mərhələsidir.

Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Ermənistan torpaqlarımızın işğal olunmasına bilavasitə cavabdehlik daşıyır və gələcəkdə regionda baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət tamamilə və qeyd-şərtsiz Yerevan rəhbərliyinin üzərinə düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti