...

Rəsmi Bakı "New York Times" əməkdaşlarının Dağlıq Qarabağ səfərinə aydınlıq gətirdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Fevral 2015 14:12 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi “New York Times” qəzetinin əməkdaşlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfərinə aydınlıq gətirib.
Rəsmi Bakı "New York Times" əməkdaşlarının Dağlıq Qarabağ səfərinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi "New York Times" qəzetinin əməkdaşlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfərinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, "New York Times" tərəfindən səfər niyyəti barədə əvvəlcədən Azərbaycan Respublikasına məlumat verilib, Azərbaycanın ərazisinə daxil olmaq üçün "New York Times" əməkdaşlarına giriş vizası rəsmiləşdirilib və Azərbaycan ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün Xarici İşlər Nazirliyi tərəfindən müvafiq akkreditasiya kartı verilib.

Qeyd edək ki, "New York Times" qəzetinin əməkdaşları Ermənistan-Azərbaycan münaqişəsi haqqında reportaj hazırlamaq məqsədilə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti