Mübariz Əhmədoğlu: Həmsədrlərin son bəyanatı özlərinə ünvanlanıb və kömək üçün haraydır

Mübariz Əhmədoğlu: Həmsədrlərin son bəyanatı özlərinə ünvanlanıb və kömək üçün haraydır

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Uzunmüddətli fasilədən sonra Dağlıq Qarabağ münaqişəsi regionuna səfər edən həmsədrlərin səfər zamanı səsləndirdikləri ziddiyyətli fikirlər və səfərin yekunlarına həsr olunmuş bəyanat vasitəçilərin fəaliyyətinin xaotik və konsepsiyasız olduğunu bir daha nümayiş etdirdi". Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

O, qeyd edib ki, həmsədrlərin regiona səfəri ərəfəsi keçirdiyi görüşlər, Minsk qrupunun üzvü olan bəzi dövlətlərdən səslənən fikirlər Minsk qrupunun iclasına hazırlığın başlandığını deməyə əsas verirdi: "Həmsədrlər səfərdən sonrakı bəyanatında bu ehtimalı minimallaşdırdılar. Rəsmi Yerevan həmsədrlərin adından danışmaqda davam edir. Həmsədrlər yenə reaksiya vermədilər. Ermənistan Yenilənmiş Madrid prinsiplərinə qarşı iddialar və şərtlər irəli sürür: Hərtərəfli (Böyük) Sülh Sazişinin hazırlanması danışıqlarına başlamaq üçün əvvəlcə tənzimləmə prinsipləri barədə müqavilənin imzalanmasını, sonra isə bu prinsiplərin Dağlıq Qarabağ erməniləri ilə razılaşdırılmasını tələb edir".

Politoloq vurğulayıb ki, "Madrid Prinsiplərinin Yenilənmiş variantı" adlanan, 3 həmsədr ölkə prezidentinin imzaladığı sənəd vahiddir, bitkindir və sənədin bütün məzmunu bir-birini qarşılıqlı tamamlayan tezislərdən ibarətdir.

M.Əhmədoğlu əlavə edib ki, "Madrid Prinsiplərinin Yenilənmiş variantı" preambula, 6 maddə və nəticədən ibarətdir: "Bu sənədin preambulası tənzimləmə üçün nəzərdə tutulan 3 prinsipdən ibarətdir. 6 maddənin birinci maddəsində Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması nəzərdə tutulub. Rezümedən isə başa düşülür ki,Cənubi Qafqaz 3 dövlətlı qalacaq və yeni dövlət yaranmayacaq. Erməniləri və ATƏT MQ həmsədrlərini indiki dövrdə ən çox narahat edən də birinci maddədir. Ona görə də tənzimləmə üçün nəzərdə tutulan 3 prinsipdən ibarət preambuladan bərk yapışıblar. 6 maddəli hissəyə keçmək istəmirlər. Rəsmi Yerevanın bu mövqeyinin savadsızlığı və tənzimləmə prosesinə süni maneə olması göz qabağındadır. Vasitəçilər bu mövqeyə nəinki etiraz etmir, əksinə dəstək verirlər".

Politoloqun sözlərinə görə, ATƏT MQ həmsədrlərinin son bəyanatında bu qrupun öz səlahiyyətlərini və resurslarını Beynəlxalq Qırmızı Xaç Komitəsinin səlahiyyət və hüquqları ilə eyniləşdirməsi də diqqəti çəkir: "Həmsədrlər o qədər zəifdirlər ki, hətta erməni işğalı altındakı torpaqlarda olan valideynlərinin qəbrini ziyarətə getmiş Kəlbəcər rayonundan olan, ermənilərin girov götürdükləri iki azərbaycanlının vəziyyətini aydınlaşdıra bilmirlər. Onların statusunu itkin düşənlərin statusuna bərabərləşdirmək cinayətdir. Dilqəm Əsgərov və Şahbaz Quliyevin yeri və vəziyyətləri bəllidir. Görünür, həmsədrlər İslamafoba çevriliblər. Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə təkcə itkin düşənlərin siyahısının müəyyənləşdirilməsi məsələsi müzakirə edilməyib. Fransa Prezidenti F.Olland Böyük Sülh Müqaviləsi üzərində işə başlamağın vaxtının çatdığını da bildirmişdi. Həmsədrlərdə isə "Hərtərəfli (Böyük) Sülh Müqaviləsi" termininə tabu var. Hətta fransalı həmsədr öz prezidentinin bu bəyanatının yada düşməməsinə çalışır".

Politoloq vurğulayıb ki, Azərbaycan Prezidentinin sülh yolu ilə tənzimləməyə bu dəfə daha çox hazır olduğunu qeyd edən həmsədrlər bunu özünəməxsus dəyərləndirdilər: "Son bəyanatda faydalı hesab olunan bəzi fikirlərdən imtina etdilər. Arzulayanlarda "hərtərəfli sülh sazişı" assosiasiyasını yaradan "hərtərəfli danışıqlar" terminini də işlətmədilər. Son bəyanatlarında bu termin tez-tez təkrarlanırdı. Həmsədrlərin prezidentlərin 2015-ci ilin sentyabrında ehtimali görüşünə indidən hazırlaşmaları onların münaqişəni tənzimləməyə güclərinin çatmaması barədə beynəlxalq aləmə verdikləri mesajdır. Hər-halda həmsədrlər başa düşürlər ki, belə bəyanatlarının fonunda avqust və yanvar insidentləri baş verdi. Qoşunların təmas xəttində indi sakitliyin yeganə səbəbkarı Ermənistandır; Serj Sarkisyan Ermənistanın daxilində qarşıdurma yaradıb. Daxili qarşıdurmanın qorxusundan S.Sarkisyan müharibəni dayandırıb. Yəqin ki, müvəqqətidir".

M.Əhmədoğlu əlavə edib ki, həmsədrlər və Ermənistan 1,5 metr uzunluğu, 15 kq çəkisi olan snayper tüfənginə qarşı "mübarizə apara-apara" qoşunların təmas xəttinə uzunluğu 20 metr, ağırlığı 10 ton olan helikopter çıxardılar: "Həmsədrlərin "yalnız sülh yolu ilə" tənzimləməsinin mahiyyətini, məqsədini və istiqamətini bu ümumiləşdirmə olduğu kimi göstərir. Həmsədrlərin əvvəlki iki bəyanatında helikopter mövzusu var idisə, son bəyanatdan bu mövzunu yığışdırdılar. Prezidentlərin Paris görüşünü uğurlu hesab etsəydilər, həmsədrlər Ermənistan Respublikasına məxsus Ermənistan vətəndaşları tərəfindən idarə olunan hərbi helikopterin Ermənistan ərazisindən havaya qalxaraq birbaşa Ağdam ərazisinə uçmasını tədqiq etməli idilər. Bunun Ermənistandan hesabatını soruşmalı idilər. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ideyasını ATƏT MQ həmsədrləri qədər hörmətsiz edən heç kim olmayıb".

M.Əhmədoğlu əlavə edib ki, həmsədrlər 2015-ci ilə ünvanlı bəyanatlarla başladılar: "Krakov bəyanatı Azərbaycana, Münhen bəyanatı Ermənistana ünvanlanmışdı. 20 fevral bəyanatını həmsədrlər görünür, özlərinə ünvanlayıblar: Aciz, zəif və köməyə ehtiyaclı olduqlarını bəyan etdilər. Yeri gəlmişkən, 20 fevraldan başlayan 28 və 26 fevral tarixləri Dağlıq Qarabağ münaqişəsinin başlanğıcında və bütün tarixində həlledici əhəmiyyətli tarixlərdir. Bu ilin də 20 fevral ərəfəsində həmsədrlər o cümlədən, C.Uorlik Ermənistanda və Dağlıq Qarabağda oldu. Həmsədrlərin 1988-ci ilin 20 fevralında Dağlıq Qarabağda baş verənlərdən xəbəri olardı. 20 fevral 1988-ci il erməni separatizminin mahiyyətinin rəsmi təsdiqidir. İndi ermənilər iddia edirlər ki, guya Dağlıq Qarabağ erməniləri müstəqillik uğrunda mübarizə aparıblar. Yalandır. Dağlıq Qarabağ erməniləri Azərbaycanın ərazi bütövlüyünü pozmaqla, azərbaycanlılara qarşı separatizmlə məşğul olublar. 1987-ci ilin 2-ci yarısından üzü bəri ermənilərin başladığı separatçı fəaliyyət fevralın 20-də rəsmiləşdirildi. Xalq Deputatları Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-ın tərkibinə birləşməsi ilə bağlı qərar qəbul etdi. Dağlıq Qarabağın müstəqillik uğrunda mübarizə aparması Dağlıq Qarabağın Ermənistana birləşməsi istiqamətində sadəcə addımdır. Ermənilər sonradan başa düşdülər ki, onlar birbaşa Ermənistanın tərkibinə birləşə bilməyəcəklər. Beynəlxalq hüquq buna imkan vermir. Məhz beynəlxalq hüququ və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə ermənilər separatçı hərəkətlərinə "müstəqillik uğrunda mübarizə" donu geydirdilər və beynəlxalq aləmdəki havadarlarının köməyi ilə Helsinki Yekun Aktının 8-ci prinsipinə - xalqların bərabərliyi və öz müqəddəratını təyin etməsi prinsipinə apelyasiya etməyə başladılar".

Politoloq əlavə edib ki, 20 fevral 1988-ci il Dağlıq Qarabağ münaqişəsi coğrafiyasında ermənilərin ilk qanı tökdüyü gündür: "Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan Əsgəran rayonundakı azərbaycanlılar Ağdam sakinləri ilə birlikdə DQMV Xalq Deputatları Sovetinin Ermənistan SSR-ə birləşməklə bağlı qərarına etiraz etmək üçün dinc aksiya keçirdilər. Ermənilər atəş açaraq 2 azərbaycanlını - Ağdam sakinini qətlə yetirdilər. C.Uorlik bu tarixi öyrənsə, çox gözəl olar. Çünki Dağlıq Qarabağ münaqişəsi coğrafiyasında ilk tökülən qanın mahiyyətini bilmədən, 1987-ci ilin dekabrında Ermənistan SSR-dən azərbaycanlıların kütləvi deportasiyasından xəbərdar olmadan Sumqayıtda ermənilərin törətdiyi digər qanlı faciənin mahiyyətini anlamaq mümkün deyil. Xocalı soyqırımına gedən yol da ilk qan və Sumqayıt faciəsindən keçir. Həmsədrlər Dağlıq Qarabağda yerli ermənilərlə danışıqlar apardıqlarını da bildirirlər. Hər halda bu həqiqətləri də onlardan soruşa bilərlər. Amma həmsədrlərin, xüsusilə, C.Uorlikin Dağlıq Qarabağdakı sadə erməni əhalisi ilə söhbətində Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar iştirak etsə idi, daha yaxşı effekt əldə edə bilər. Aciz həmsədrlərə kömək ünvanı tapmaqda yardım etmək məqsədilə fenomen ünvan göstərmək istəyirik: A.Merkel-F.Olland tandemi".

Politoloqun sözlərinə görə, "Minsk" brendini qorumaq Belarus Prezidenti Aleksandr Lukaşenkonun vəzifələrindən birinə çevrilir: "Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə intellektual, mədəni və davranış səviyyələri çatmayanların toplaşdığı həmsədr qrupunun da adı Minsk qrupudur. Kömək üçün A.Lukaşenkoya müraciət edə bilərlər".

Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Loading Bars
Xəbər lenti
Niderlandda komendant saatı martın 31-dək uzadılıb
Britaniyada daha 4 712 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
ABŞ Ali Məhkəməsi Trampın seçkilərin yekunları üzrə son apellyasiya şikayətini rədd edib
Bu gün Azərbaycanda Yel çərşənbəsidir
Türkiyənin tanınmış aktyoru Rasim Öztekin vəfat edib
Türkiyədə koronavirusdan sağalanların sayı 2,63 milyon nəfəri ötüb
Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb
Afrikada koronavirusa yoluxanların sayı 4 milyon nəfərə çatır
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri keçdi
Ərdoğan və Conson ikitərəfli münasibətləri müzakirə ediblər
Avstriyada koronavirusun "Braziliya" ştammına ilk yoluxma halı qeydə alınıb
ASAN könüllülərindən şəhid xanımlarına diqqət (FOTO/VİDEO)
Suriya prezidenti Bəşər Əsəd və xanımı koronavirusa yoluxublar
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
AHİK sədri Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib
Azərbaycan qadınları daim nəcib, xeyirxah təşəbbüsləri ilə dünyaya nümunə olublar - Pərvin Kərimzadə
Azərbaycan Aİ-dən idxalı artırıb
Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldır
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açır (FOTO)
Roma papasının İraqa səfəri başa çatıb
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
ABŞ İran sərhədlərinə bombardmançı göndərdi
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb
Livanda etirazçılar əsas yolları bağlayıb
MDU rektoru xanım əmkdaşları təbrik edib (FOTO)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Türkiyədə 31 FETÖ üzvü saxlanılıb
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Bütün xəbərlər