...

Aİ azərbaycanlı girovlara münasibətdə beynəlxalq hüquqa riayət etməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2015 14:11 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) gərginliyin yaranmasına və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına istiqamətlənmiş səyləri korlayan fəaliyyətləri pisləyir.
Aİ azərbaycanlı girovlara münasibətdə beynəlxalq hüquqa riayət etməyə çağırır

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

Avropa İttifaqı (Aİ) gərginliyin yaranmasına və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına istiqamətlənmiş səyləri korlayan fəaliyyətləri pisləyir. Bunu Trend-ə Avropa komissarının genişləndirmə məsələləri və qonşuluq siyasəti üzrə rəsmi nümayəndəsi Mayya Kosyançiç işğal edilmiş Dağlıq Qarabağın separatçı rejiminin iki azərbaycanlı girovu qanunsuz mühakimə etməsi ilə bağlı Aİ-nin mövqeyini şərh edərkən deyib.

Onun sözlərinə əsasən, Aİ münaqişələr zamanı həbsxanalarda saxlanılan və girov götürülmüş vətəndaşlara münasibətdə beynəlxalq hüquq üzrə öhdəliklərin yerinə yetirilməsinin zəruriliyini qeyd edir: "ATƏT-in Minsk qrupunun həmsədrləri Bazeldə nazirlərin görüşündən sonra ötən il dekabrın 4-də verilmiş bəyanatda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2010-cu il oktyabr tarixli Həştərxan bəyanatına müvafiq olaraq humanitar problemləri nizamlamağa çağırıblar".

M.Kosyançiç qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ Aİ nümayəndələrinin Azərbaycan və Ermənistan hakimiyyətləri ilə görüşlərində qaldırılıb, həmçinin bir neçə dəfə girovlara baş çəkmiş Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti