...

Türkiyə XİN: Ermənistan Azərbaycan torpaqlarının işğalından heç nə əldə etmədi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2015 18:39 (UTC +04:00)
Ermənistan Azərbaycan torpaqlarının işğalından heç nə əldə etməyib, yalnız itirib.
Türkiyə XİN: Ermənistan Azərbaycan torpaqlarının işğalından heç nə əldə etmədi

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

Ermənistan Azərbaycan torpaqlarının işğalından heç nə əldə etməyib, yalnız itirib. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ADA Universitetində "Türkiyənin xarici siyasəti: Qafqazda və Azərbaycanla əməkdaşlıq" mövzusunda mühazirə ilə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bütün dünya ictimaiyyəti və beynəlxalq səviyyədə qəbul edilmiş bütün sənədlər Dağlıq Qarabağın Azərbaycana mənsub olduğunu birmənalı şəkildə təsdiq edir: "Ermənistan Qarabağın işğalından nə əldə etdi? Ermənistan yalnız itirdi. Məhz Qarabağ münaqişəsi səbəbindən Ermənistan Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi imzalaya bilmədi. Yerevan hazırda da bu problemə görə cəzasını çəkir".

M.Çavuşoğlu qeyd edib ki, Dağlıq Qarabağ Cənubi Qafqazda sülh və sabitlik yolunda dayanan ən böyük problemdir: "Biz regionda sülh, əmin-amanlıq, sabitlik istəyirik. Qonşular bir-birinin ərazi bütövlüyünü dəstəkləməlidirlər. Bu, ilk növbədə, Ermənistana aiddir".

Nazir əlavə edib ki, fevralın 26-da 613 nəfərin öldürüldüyü Xocalı faicəsinin 23-cü ildönümüdür: "Biz şəhidləri xatırlayırıq, onları unutmayacağıq və unutmağa imkan verməyəcəyik".

XİN rəhbərinin sözlərinə görə, hazırda Dağlıq Qarabağdakı hadisələrə vaxtında reaksiya verməyən hər kəs artıq bunun cəzasını çəkir: "Bu münaqişə regionun ən böyük problemlərindən biridir, regionun inkişafına mane olur. Türkiyə münaqişənin tez bir zamanda nizamlanmasını istəyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti