...

Ermənistan böyük sülh sazişi üzərində işləmək üçün işçi qrupunun yaradılması təklifindən imtina edib (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Mart 2015 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Səba Ağayeva/

Ermənistan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində böyük sülh sazişi üzərində işləmək üçün işçi qrupunun yaradılması təklifindən imtina edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Nazir deyib: "Ermənistan tərəfinin son çıxışları imkan vermir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların vəziyyəti ilə bağlı optimist olum".

E.Məmmədyarovun sözlərinə görə, Ermənistan tərəfi aqressiv ritorika ilə məşğuldur: "Bəlkə bu, daxili auditoriya üçündür. Azərbaycanın mövqeyi budur ki, qoşunlar nə qədər tez çıxsa, sülh sazişi o qədər tez imzalanacaq. Azərbaycan öz inkişafını davam etdirir. Qarsda TANAP layihəsinin təməli atıldı. Bu böyük layihə regionun inkişafı üçün önəmlidir. Ermənistan hansısa layihəyə qoşulmaq istəyirsə, bizim arqumentləri bilir: əsgərlərini işğal olunmuş torpaqlardan çıxarmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti