...

Cəbhədə gərginlik nisbətən səngiyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Mart 2015 09:32 (UTC +04:00)
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub.
Cəbhədə gərginlik nisbətən səngiyib

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Cəvahirli, Şirvanlı, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti