...

ATƏT yenə cəbhədə vəziyyəti yoxlayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Mart 2015 09:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İlkin İzzət/

Təmas xəttində monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 1-də Tovuz rayonunun Koxanəbi kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Xristo Xristov və Saymon Tiller keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti