Azərbaycan, Bakı, 16 aprel /Trend/
Atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Milli Ordusu şəhid verib.
Trend Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələrinin atəskəs rejimini pozması nəticəsində xidməti vəzifələrini yerinə yetirən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, gizir Əlizadə Şahmurad Hilal oğlu şəhid olub.
MN-nin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!