...

İƏT Dağlıq Qarabağda qondarma "seçkilər"i pislədi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2015 15:28 (UTC +04:00)
İƏT-in baş katibi beynəlxalq ictimaiyyəti bu prosesi pisləməyə və onun qanunsuzluğunu tanımağa çağırıb.
İƏT Dağlıq Qarabağda qondarma "seçkilər"i pislədi

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Elmira Tariverdiyeva/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində qondarma "seçkilər"in keçirilməsi barədə məlumatları pisləyərək bəyan edib ki, bu "seçkilər" qanunsuzdur və BMT-nin qətnamələri ilə ziddiyyət təşkil edir.

Bu barədə Trend "Emirates News Agency" (WAM) agentliyinə istinadən məlumat verir.

Təşkilatın saytında bildirilir ki, İƏT-in baş katibi beynəlxalq ictimaiyyəti bu prosesi pisləməyə və onun qanunsuzluğunu tanımağa çağırıb.

İ.Mədəni İƏT-in müvafiq beynəlxalq qətnamələr çərçivəsində və dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmazlığı əsasında Ermənistanla ərazi münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Azərbaycanın səylərinin dəstəklənməsi ilə bağlı prinsipial daimi mövqeyini təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti