...

İƏT-in baş katibi Ermənistanın Azərbaycana qarşı təcavüzünün qeyd olunduğu hesabat təqdim edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2015 16:45 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin 27-28 may tarixlərində Küveytdə keçirilən 42-ci Xarici İşlər Nazirləri Şurasının iclasında İƏT-in baş katibi tərəfindən siyasi məsələlər və mədəni, sosial və ailə məsələlərinə dair hesabatlar təqdim edilib.
İƏT-in baş katibi Ermənistanın Azərbaycana qarşı təcavüzünün qeyd olunduğu hesabat təqdim edib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Səba Ağayeva/

İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin 27-28 may tarixlərində Küveytdə keçirilən 42-ci Xarici İşlər Nazirləri Şurasının iclasında İƏT-in baş katibi tərəfindən siyasi məsələlər və mədəni, sosial və ailə məsələlərinə dair hesabatlar təqdim edilib.

Trend-in məlumatına görə, siyasi məsələlərə dair hesabatın 40-cı bəndi "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" adlanır. Hesabatda qeyd olunur ki, xarici işlər nazirlərinin sonuncu toplantısından etibarən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri məsələsində siyasi irəliləyiş əldə olunmayıb. Sənəddə Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətdə əziyyət çəkdiyi yazılır. Siyasi müstəvidə İƏT-in baş katibi tərəfindən hər bir fürsətdə Ermənistanın təcavüzü və Azərbaycan ərazilərinin işğalını davam etdirməsinin qaldırıldığı qeyd olunaraq, İslam Əməkdaşlıq Təşkilatının Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması barədə tələbi öz əksini tapıb.

Hesabatda, eləcə də İƏT-in baş katibi üzv dövlətlərə müraciət edərək, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş qətnaməyə uyğun olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması və tam şəkildə öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarması üçün birgə və fərdi şəkildə təklif və tövsiyələrlə çıxış etmələri xahiş olunur.

Mədəni, sosial və ailə məsələlərinə dair hesabatın C bəndi "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması" adlanır.

Bu hesabatda baş katib tərəfindən İƏT-in müvafiq ixtisaslaşmış təsisatlarına müraciət edilərək, Azərbaycanın əraziləri Ermənistanın işğalından azad olunduqdan sonra bu ərazilərdə məscid, təhsil müəssisələri, kitabxana və muzeylərin yenidən qurulmasına dair proqramın hazırlanması xahiş olunur. Hesabatda, eləcə də baş katibin müraciəti əsasında Azərbaycanda İslama aid arxitektura nümunələri və ibadətgahların mühafizəsinin İƏT-in ixtisaslaşmış təşkilatları, İslam İnkişaf Bankı və ISESCO-nun proqramına daxil edildiyi vurğulanır.

İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin 27-28 may tarixlərində Küveytdə keçirilən 42-ci XİN Şurasının iclasında Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti