...

Ariel Koen: İqtisadi islahatlar olmadan və Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilmədən Ermənistanda etirazlar artacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyul 2015 12:11 (UTC +04:00)
Ermənistandakı etirazlar çarəsiz iqtisadi vəziyyətdə olan erməni xalqının məyusluğunu nümayiş etdirir.
Ariel Koen: İqtisadi islahatlar olmadan və Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilmədən Ermənistanda etirazlar artacaq

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Anaxanım Hidayətova/

Ermənistandakı etirazlar çarəsiz iqtisadi vəziyyətdə olan erməni xalqının məyusluğunu nümayiş etdirir. Bunu Trend-ə Qlobal Təhlükəsizliyin Təhlili İnstitutunun Energetika, Təbii Resurslar və Geosiyasət Mərkəzinin direktoru, "International Market Analysis, Ltd." şirkətinin direktoru, siyasi risklərin təhlili üzrə ixtisaslaşmış ABŞ Atlantik Şurasının baş eksperti Ariel Koen deyib.

O bildirib: "Aydındır ki, dərin iqtisadi islahatlar aparılmadan və Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilmədən Ermənistandakı etirazlar vaxt ötdükcə artacaq".

A.Koenin sözlərinə görə, davam edən Dağlıq Qarabağ münaqişəsi Ermənistan cəmiyyətininin diqqətini ölkədə olan iqtisadiyyatın inkişafı ilə bağlı problemlərdən yayındırır və hərbiləşdirmə siyasətinə haqq qazandırır.

Ekspert qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Azərbaycan və Ermənistan üçün vacibdir.

Separatçı Dağlıq Qarabağ rejiminin rəhbərinin bu yaxınlarda Fransa və Böyük Britaniyaya səfərlərini şərh edən A.Koen vurğulayıb ki, bu ölkələr tərəfindən Dağlıq Qarabağın "müstəqilliyinin" tanınmasının heç bir əlamətini görmür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti