...

ABŞ Dağlıq Qarabağda keçiriləcək qondarma "seçkilərin" nəticələrini tanımır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2015 04:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

ABŞ hökuməti sentyabrın 13-də Dağlıq Qarabagda keçiriləcək qondarma "seçkilərin" nəticələrini tanımır.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib.

"Biz münaqişənin tammiqyaslı həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyən etmək üçün rolunu qəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır və biz sentyabrın 13-də keçiriləcək qondarma "seçkiləri" regionun hüquqi statusuna təsir edən amil kimi qəbul etməyəcəyik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti