...

Təhlükəsizlik qaydalarının pozulması nəticəsində əsgər vəfat edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2015 14:06 (UTC +04:00)
Təhlükəsizlik qaydalarının pozulması nəticəsində əsgər vəfat edib
Təhlükəsizlik qaydalarının pozulması nəticəsində əsgər vəfat edib

Bakı. Trend:

Təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat etmiş əsgərin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti