Xocalı soyqırımını necə xatırlayırsınız? Meyitlərə hansı işgəncələr verilirdi? Canını qurtaran Xocalılar Qarqar çayını keçdikdən sonra daha hansı faciə ilə üzləşdilər? Xocalını tərk etməklə bağlı xəbərdarlıqlar olurdumu?
"GÜNDƏMİN TRENDİ" verilişində layihə müəllifi Emil Hüseynli 14 yaşında ikən Xocalı soyqırımının şahidi olan, valideynləri də olmaqla 28 qohumunu itirən Tofiq Əzimovla bu və ya digər məsələlərə aydınlıq gətirib.
SİTATLAR:
"Güllə səsləri çox vahiməliydi"
"Evlər elə yanırdı ki, Xocalı gecə işıqlı görünürdü"
"Qarqar düzü deyilən düzənlikdə canını qurtarmaq istəyən Xocalı sakinlərini qırmağa başladılar"
"Atamı, anamı öldürəndən sonra meyitləri üzərində işgəncə etmişdilər"
"Ratsiyada" ermənilər bizi "molla" çağıraraq, Xocalını yerlə-yeksan edəcəklərini deyirdilər"
"GÜNDƏMİN TRENDİ" verilişini Youtube, Twitter və ya Facebook-dan izləyə bilərsiniz.