...

Vaqif Dərgahlı "Gündəmin TRENDİ"ndə cəbhədəki son durumdan danışdı (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2016 14:50 (UTC +04:00)
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Təhlüksizlik Şurasının son iclasındakı bəyanatı Silahlı Qüvvələrimizdə nə kimi ruh yüksəkliyi yaradıb?
Vaqif Dərgahlı "Gündəmin TRENDİ"ndə cəbhədəki son durumdan danışdı (VİDEO)

Bakı-Trend:

Cəbhədə son durum necədir?

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasının son iclasındakı bəyanatı Silahlı Qüvvələrimizdə nə kimi ruh yüksəkliyi yaradıb?

Ermənistan tərəfi lokal şəkildə dezinformasiyalar yayırlar...

Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin guya mülki şəxsləri öldürməsi barədə intensiv məlumat yayır. Bu, nəyə xidmət edir?



"GÜNDƏMİN TRENDİ" verilişində layihə müəllifi Emil Hüseynli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı ilə bu və ya digər məsələlərə aydınlıq gətirib.



VİDEO-MÜSAHİBƏDƏN ÇIXARIŞ:

Azərbaycan Silahlı Qüvvələri mülki əhali ilə müharibə aparmır. Azərbaycan Silahlı Qüvvələri ancaq Ermənistandan qeyri-qanunu olaraq Azərbaycana gəlmiş, Azərbaycanın torpaqlarını işğal etmiş, silahlılarla mübarizə aparır. Bunu "GündəminTrend"-i verilişinə müsahibəsində Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri heş vaxt mülki əhaliyə atəş açmayıb və bu, ancaq erməni tərəfinin təxribatından başqa bir şey deyil.

V.Dərgahlı bildirib ki, Ermənistan öz ictimaiyyətinin fikrini manipulyasiya etməklə dezinformasiya xarakterli məlumat yaymaqdadır: "Bu dəfə də ondan heç geri qalmırlar. Bilirsiniz, gah məlumat verirlər ki, Azərbaycan tərəfi heç bir yüksəkliyi ələ keçirməyib, heç bir strateji nöqtələri ələ keçirməyiblər. Digər tərəfdən məlumat yayırlar ki, biz ancaq Azərbaycanla o vaxt razılığa gələrik ki, Azərbaycan əldə etdiyi həmin mövqelərdən geri çəkilsin. Bu, bir-birini təkzib edən üst-üstə düşməyən məlumatlardır".

Nazirlik rəsmisi qeyd edib ki, düşmən tərəfi bunu məqsədyönlü şəkildə həyata keçirməklə, öz ictimaiyyətini, beynəlxalq ictimaiyyətin fikrini yayındırmağa çalışır və tək istiqamətə yönəldir: "Ancaq yenə də deyirəm, aparılan döyüş əməliyyatlarında düşmən tərəfinin xeyli sayda canlı qüvvəsi və onun döyüş texnikası məhv edilmişdir. Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin rəhbərliyi bir məsələnin üzərində daima inad edərək dayanır ki, düşmənə vurulan zərbə daha sarsıdıcı olmalıdır. Və bu da həyata keçirilir. Silahlı Qüvvələrin əldə etdiyi yüksəkliklər və strateji mövqelər Silahlı Qüvvələrimizin nəzarəti altındadır".

V.Dərgahlı qeyd edib ki, Ali Baş Komandan, cənab İlham Əliyevin son çıxışı Silahlı Qüvvələrdə çox böyük ruh yüksəkliyi yaratdı və hər birəsgər, hər bir zabit onun verəcəyi hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir. Buna həm imklanlarımız, həm də döyüş sursatımız çatır.

V.Dərgalı vurğulayıb ki, bütün istiqamətlərdə vəziyyət gərgin olaraq qalır, xüsusilə iki istiqamətdə Ağdərə, Tərtər eləcə də, Füzuli və Xocavənddə vəziyyət gərgindir: "Ancaq Silahlı Qüvvələrimizin şəxsi heyəti bilir ki, apardığımız iş haqq işidir. Ona görə də, əsgər və zabitlərimizin döyüş ruhu çox yüksək səviyyədədir.


"GÜNDƏMİN TRENDİ" verilişini Youtube, Twitter və ya Facebook-dan izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti