...

Ariel Koen: ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səmərəli irəliləyiş təşkil edə bilmədilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2016 12:37 (UTC +04:00)
Hazırda əsas vəzifə Dağlıq Qarabağ münaqişəsi regionunda eskalasiyanın qarşısının alınması və hərbi əməliyyatların dayandırılmasıdır.
Ariel Koen: ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səmərəli irəliləyiş təşkil edə bilmədilər

Bakı. Trend:

Hazırda əsas vəzifə Dağlıq Qarabağ münaqişəsi regionunda eskalasiyanın qarşısının alınması və hərbi əməliyyatların dayandırılmasıdır.

Bunu Trend-ə Qlobal Təhlükəsizliyin Təhlili İnstitutunun Energetika, Təbii Resurslar və Geosiyasət Mərkəzinin direktoru, "International Market Analysis, Ltd." şirkətinin direktoru, siyasi risklərin təhlili üzrə ixtisaslaşmış ABŞ Atlantik Şurasının baş eksperti, "International Market Analysis" şirkətinin təsisçisi Ariel Koen deyib.

Onun sözlərinə görə, ABŞ və Rusiya münaqişəyə son qoymaq və işğalın sonuna doğru irəliləməyə başlamaq üçün səmərəli irəliləyişi təşkil edə bilmədilər: "Vaşinqtonda görüş (Azərbaycan və Ermənistan prezidentlərinin) imkanı əldən verildi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti