...

Araz Əzimov: Ermənistanın bu provokasiyaları sülh prosesində müsbət dinamika yaranan zamanlara təsadüf edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2016 21:05 (UTC +04:00)
Xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT iştirakçı dövlətlərinin Azərbaycan Respublikasındakı səfirlərini qəbul edib.
Araz Əzimov: Ermənistanın bu provokasiyaları sülh prosesində müsbət dinamika yaranan zamanlara təsadüf edir

Bakı. Trend:

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov aprelin 4-də ATƏT iştirakçı dövlətlərinin Azərbaycandakı səfirlərini qəbul edib və işğal edilmiş Azərbaycan əraziləri ətrafında Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca 2 aprel tarixindən etibarən gərginləşmiş vəziyyət ətrafında söhbət aparıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, A.Əzimov münaqişənin sülh yolu ilə həlli yolunda atəşkəsin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq qeyd edib ki, Ermənistan davamlı olaraq, atəşkəsi pozaraq diqqəti sülh prosesinin substantiv məsələlərindən yayındırmağa və beləliklə, status-kvonu uzatmağa çalışır. Nazir müavini Ermənistanın bu provokasiyalarının adətən sülh prosesində müsbət dinamikanın yarandığı zamanlara təsadüf etməsinə diqqəti yönəldib.

A.Əzimov atəşkəs və nəticəyönümlü sülh prosesinin dərhal bərpa olunmasının əhəmiyyətini vurğulayıb. Azərbaycan rəsmisi bu müstəvidə Azərbaycan tərəfinin birtərəfli atəşkəs elan etdiyini xatırladıb. O, münaqişənin yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilə biləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti