...

Fransız bəstəkar: "Mənim fikrim hər gün Qarabağ həsrəti ilə yaşayan Azərbaycan xalqının yanındadır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2016 16:54 (UTC +04:00)
Bəstəkar bildirib ki, məsələyə siyasi aspektdən yanaşsaq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrində (822, 854, 874 və 884 saylı) tələb olunduğu kimi, Ermənistanın hərbi qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam şəkildə və qeyd-şərtsiz çıxarılmalıdır.
Fransız bəstəkar: "Mənim fikrim hər gün Qarabağ həsrəti ilə yaşayan Azərbaycan xalqının yanındadır"

Bakı. Trend:

"Mənim fikrim öz dogma yurduna qayıda bilməyən, yaxınlarını itirən, əcdadlarının torpağında sərbəst gəzə bilməyən, qaçqın düşərgələrində yaşayan, torpaqlarını yalnız uzaqdan seyr edən, həyatdan həzz ala bilməyən, hər gün Qarabağ həsrəti ilə yaşayan Azərbaycan xalqının yanındadır". Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, bunu məşhur fransız bəstəkar Pyer Tilloy son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı açıqlamasında deyib.

O, qeyd edib: "Artıq uzun müddətdir ki, incəsənət, xüsusilə musiqi vasitəsilə bu münaqişə haqqında məlumatlılığı artırmağa çalışıram. Mənim bəstələdiyim "Xocalı 613" əsəri elə bir ruhdadır ki, bu, qurbanların xatirəsinə aid əbədi duadır. Xocalı qurbanları heç zaman unudulmayacaq!"

Bəstəkar bildirib ki, məsələyə siyasi aspektdən yanaşsaq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrində (822, 854, 874 və 884 saylı) tələb olunduğu kimi, Ermənistanın hərbi qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam şəkildə və qeyd-şərtsiz çıxarılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti