...

MN: Azərbaycan Ordusunun polkovnik-leytenantı həlak olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Aprel 2016 14:00 (UTC +04:00)
Təhlükəsizlik qaydalarının pozulması nəticəsində hərbi qulluqçu, polkovnik-leytenant Axundov Sənan Tahir oğlu həlak olub.
MN: Azərbaycan Ordusunun polkovnik-leytenantı həlak olub

Bakı. Trend:

Təhlükəsizlik qaydalarının pozulması nəticəsində hərbi qulluqçu, polkovnik-leytenant Axundov Sənan Tahir oğlu həlak olub.

Bu barədə Trend-ə Müdafə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirillir.

Nazirlik bildirir ki, rəsmi məlumatlardan başqa sosial şəbəkələrdə yayılan yanlış və dəqiqləşdirilməmiş xəbərlərdən istifadə edilir ki, bu da məqsədəuyğun deyil.

Cəbhə xəttində baş verən son hadisələr zamanı şəhid olanlar və yaralananlar barədə məlumatlar, onların adları, soyadları, eləcə də hərbi sahədə dövlət sirri təşkil edən digər məlumatlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məqsədyönlü surətdə toplanılaraq paylaşılır.

"Həbib Mütəzir" adlı sosial şəbəkə istifadəçisi guya üç hərbi qulluqçumuzun şəhid olması və bir nəfərin yaralanması barədə növbəti dəfə kobud səhvlərə yol verərək qeyri-dəqiq xəbəri feysbuk statusunda bölüşüb. Onun bu hərəkəti düşmən tərəfinin maraqlarına xidmət etməklə yanaşı, əksər hallarda erməni kəşfiyyatının Silahlı Qüvvələrimiz haqqında məlumatları əldə etməsinə köməklik göstərir və qarşı tərəfin işini xeyli asanlaşdırır.

Bu kimi hallar qəti surətdə yolverilməzdir. Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrini, ictimaiyyət nümayəndələrini və sosial şəbəkələrin istifadəçilərini bu kimi hallara qarşı mübarizədə həmrəy olmağa və qarşısının alınması üçün fəal iştirak etməklə vətəndaşlıq mövqeyini nümayiş etdirməyə çağırır.

Həqiqətdə isə təhlükəsizlik qaydalarının pozulması nəticəsində bir hərbi qulluqçumuz, polkovnik-leytenant Axundov Sənan Tahir oğlu həlak olub.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti