...

ANAMA: Tərtərdə 1 ədəd PHS tapılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2016 16:28 (UTC +04:00)
İyulun 16-da Tərtər rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
ANAMA: Tərtərdə 1 ədəd PHS tapılıb (FOTO)

Bakı. Trend:

İyulun 16-da Tərtər rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Trend-ə verilən məlumata görə, Tərtər rayonunun Qapanlı kəndi – 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (Top mərmisinin partladıcısı - V429) aşkar edilərək götürülüb.

Məlumatda qeyd olunur ki, 1 500 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel-16 iyul tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 622 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 591 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti