...

Sərhədyanı rayonlar mina və PHS-lərdən təmizlənəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Sentyabr 2016 11:03 (UTC +04:00)
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) arasında Anlaşma Memorandumu imzalanacaq.
Sərhədyanı rayonlar mina və PHS-lərdən təmizlənəcək

Bakı. Trend:

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) arasında Anlaşma Memorandumu imzalanacaq.

ANAMA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihəyə əsasən, Böyük Britaniya hökümətinin maliyyə dəstəyi ilə ANAMA tərəfindən sərhədyanı rayonlarda evlərin, pay torpaqlarının və əkin sahələrinin mina və PHS-lərdən təmizlənməsi nəzərdə tutulur. Layihə sentyabr ayının ikinci yarısında başlayacaq və 2017-ci ilin mart ayında tamamlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti